İranın Natanzdakı nüvə obyektində radiasiya sızması baş verib.
APA xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.
Bildirilib ki, təhlükənin qarşısını almaq üçün obyektin daxilində dezaktivasiya işləri aparılmalı, daha sonra isə zərər qiymətləndirilməlidir.
Təşkilat alimlərin öldürülməsinə baxmayaraq, ölkənin nüvə sahəsində fəaliyyətini davam etdirəcəyi açıqlayıb.