AZ

8 yaşlı Elxanın atası: Atanın uşaq kimi hönkürüb ağlaması fəlakətdir, mən hər gün bunu yaşayıram

ain.az, Oxu.az saytına istinadən bildirir.

8 yaşlı Elxan kəskin leykozla mübarizə aparır.

Bu barədə Oxu.Az-a onun atası Elturan Nağıyev məlumat verib. O qeyd edib ki, övladı 1 ildir bu xəstəlikdən əziyyət çəkir: "Bakıda bir neçə ay müalicə olunduqdan sonra yanvar ayında təcili olaraq Türkiyəyə gəldik.

Burada ilik nəqli edildi. hazırda övladımda ilik savaşı başlayıb. Ağrıları çoxdur. Bədəni tab gətirmir. Ağrıdan gözlərindən yaş süzülür. Mənim Elxandan başqa iki övladım daha var. Maddi olaraq artıq tükənmişəm. Bir atanın övladları qarşısında uşaq kimi hönkürüb ağlaması ən böyük fəlakətdir. Mən bu fəlakəti hər gün yaşayıram. Tək gücüm çatmır artıq. Bizə ilkin olaraq xəstəxanada ödənişlərini edə bilməyimiz üçün 10 min manat pul lazımdır".

Əlaqə nömrəsi: 0557236555

Kapital bank: 4169738859021705

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
oxu.az

1Mənbələr