Birləşmiş Ərəb Əmirliklərinə məxsus Flydubai aviaşirkəti 13–14 iyun tarixlərində Rusiyanın 10 şəhərindən Dubaya planlaşdırılmış 22 reysi ləğv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” nümayəndəsi Artyom Korenyako özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, ən çox reys Moskvadan — beş uçuş — ləğv olunub. Hərəyə iki reys olmaqla Sankt-Peterburq, Soçi, Mahaçqala, Mineralnıye Vodi, Kazan, Samara, Yekaterinburq və Novosibirskdən də uçuşlar baş tutmayacaq. Bundan əlavə, Ufadan bir reys də ləğv edilib.
“Ləğv olunmuş reyslər üzrə ümumi sərnişin sayı üç min nəfər təşkil edir,” — deyə Korenyako bildirib.
Onun sözlərinə görə, sərnişinlər bu barədə turoperatorlar, SMS və elektron poçt vasitəsilə xəbərdar ediliblər.