İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tudorla bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisi xorvatiyalı mütəxəssislə müqavilə yenilədiyini bəyan edib.
Tudorun müddəti 2027-ci ilin yayına qədər olan sazişə imza atdığı bildirilib. Anlaşmanın daha 1 il müddətinə uzadılması da nəzərdə tutulub.
Tudor martın 23-dən indiki postundadır. O, uğursuz nəticələr səbəbindən istefaya göndərilən Tyaqo Mottanı əvəzləyib.
"Yuventus" A Seriyasındakı mübarizəni 4-cü pillədə başa vurub. "Ağ-qaralar" 38 oyuna 70 xal toplayıblar.
Nihat