AZ

“Space TV” yə xəbərdarlıq edildi

Audiovizual Şura “Space TV” kanalına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə Şuranın onlayn iclasında qəbul olunub.

İclasda "Space TV" kanalının efirində bu ilin 7 iyun, 8 iyun və 9 iyun tarixlərində yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə edilib.

"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə, Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" Qanununun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınaraq, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq edilib.

Seçilən
5
49
publika.az

10Mənbələr