AZ

At gücləri bir arada - Klassik avtomobil yürüşü və çövkən yarışı olacaq

Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə təşkil olunacaq.

Dənizkənarı Milli Parkdan start götürən yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq. 

Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu təşkil ediləcək.

Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün nəqliyyat vasitələrinin sahibləri AAF-ın elektron ünvanı [email protected] və ya +99450 295 01 00 nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilər.

Seçilən
9
5
qafqazinfo.az

7Mənbələr