AZ

İran İsrail və ABŞ-ı beynəlxalq hüququn pozulmasına görə tam məsuliyyət daşımağa çağırıb

İran İsrailin hərbi əməliyyatlarına qəti və mütənasib şəkildə cavab verəcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçinin BMT-nin baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda qeyd olunub. 

“İsrail rejimi və onun himayədarı – yəni Amerika Birləşmiş Ştatları – beynəlxalq hüququn bu açıq-aşkar pozuntularına və onların ciddi nəticələrinə görə tam məsuliyyət daşımalıdır. İran, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş özünümüdafiə hüququnu özündə saxlayır,” — deyə sənəddə vurğulanır.

Seçilən
14
nocomment.az

1Mənbələr