İran hökuməti İsrailin endirdiyi zərbələrə görə təcili iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyanın mətbuat xidməti məlumat yayıb.
İclasda ölkədəki mövcud vəziyyət təhlil edilərək, bütün icra hakimiyyəti orqanlarının əhalinin əsas tələbatının yanacaq, dərman və digər zəruri mallarla təmin edilməsinə hazır olduqları bildirilib, bu vəzifələrin icrası ilə bağlı planlaşdırma işləri də aparılıb.