AZ

Franko Mastantuono “Real”da - Rəsmi

Futbol üzrə Argentina millisinin və “River Pleyt”in sağ vingeri Franko Mastantuono bundan sonra Madrid “Real”ının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu ilə müqavilənin müddəti 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Lakin anlaşma avqustun 14-də, futbolçunun 18 yaşı tamam olan gündən etibarən qüvvəyə minəcək. Transferin məbləği təxminən 45 milyon avro təşkil edəcək və bu, hissə-hissə ödəniləcək.

Xatırladaq ki, Franko Mastantuono “River Pleyt”in yetirməsidir. 17 yaşlı futbolçu Argentina klubunun əsas komandasının heyətində meydana çıxdığı 61 matçda 10 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub. O, iyunun 6-da Argentina millisində də debüt edib.

Seçilən
56
2
arena.az

4Mənbələr