AZ

Azərbaycan futbolunda işini vicdanla görən belə adamlar da var - TANIYIN!

Milli komandalar barədə adətən tənqidi fikirlər görürük. İllərdi bu tendensiya davam edir.

Azarkeşlər nəticələrdən narazıdır, mətbuat haqlı olaraq problemləri qabardır və.s.

Məşqçilər isə ucuz bəhanələrlə öz ampulasında - keyfiyyət aşağıdır, futbolçular klublarında oynamır kimi.

Amma başını aşağı salıb, çətin şərtlərə rəğmən işini vicdanla görənlər də yox deyil.

Məsələn, U-17 millimizin baş məşqçisi Aqil Nəbiyev kimi.

Onun başçılığı altında 17 yaşlılar son dönəmlər müsbət nəticələr qazanmağı bacarır.

Qəbələdə baş tutan axırıncı toplanışda Nəbiyevin yetirmələri Qazaxıstandan olan həmyaşıdlarını məğlub edib - 2:0.

Gürcülərlə görüşdə isə qələbə yalnız son dəqiqələrdə əldən çıxıb - 1:1.

Bu o demək deyil ki, aşağı yaş millilərdə problem yoxdur.

Təbii ki, ölkə futbolunun ümumi sistemində ciddi nöqsanlar var.

Amma əlində olanlar nəsə etməyə də mane olan yoxdur.

Yetər ki, əmək sərf edəsən, inanasan. Bir neçə ay əvvələ kimi elə bu yaş qrupu da məğlubiyyətləri sıralayırdı. Görünür, baş məşqçi xoşagəlməz tendensiyanın önünü kəsə bilib.

Nəbiyev Əvəzedici Liqanın, aşağı yaş qruplarının çempionatlarını mütəmadi olaraq izləyir.

Daim bu yaş qrupunda olan uşaqlarla əlaqə yaradır.

Asudə vaxtlarında dünya görüşlərini artırmağa yardım edir.

Qısası, ortaya məhsul çıxarmaq üçün nəsə edir.

Hətta baş məşqçi postu boş qalan U-16 yığmasını da Nəbiyev yoxlama görüşlərini çıxarır. Bu yaş qrupu son olaraq Belarusdan olan həmyaşıdlarını məğlub edə bilib.

Bir sözlə, əsas millinin Fernandu Santuşun rəhbərliyi altında yaşadığı fiaskonu fonunda Ayxan Abbasovun çalışdırdığı U-21, Aqil Nəbiyevin baş məşqçisi olduğu U-17 yığmaları mübarizəsi, müsbət nəticələri ilə gələcəyə az da olsa ümid verə bilir.

XANOĞLAN İMANOV

Seçilən
26
sportinfo.az

1Mənbələr