AZ

İsrail ehtiyatda olan hərbçiləri çağırmağa başlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) “Xalq şir kimi” əməliyyatının başlanması ilə bağlı ehtiyatda olan hərbçilərin çağırışına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi bildirib.

IDF-in sözçüsü bildirib ki, əməliyyat çərçivəsində ölkənin müxtəlif bölgələrində müdafiə və hücuma hazırlıq məqsədilə müxtəlif bölmələrdən ehtiyatda olan hərbçilər döyüş əməliyyatlarında iştirak etmək üçün çağırılır.

Qeyd edək ki, iyunun 13-ü gecə saatlarında İsrail İrana qarşı “Rising Lion” əməliyyatını həyata keçirib.

Xüsusilə, İsrail Hərbi Hava Qüvvələri İranın hərbi və nüvə obyektlərinə hücum edib.

İsrail zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olublar.

Bundan əlavə, zərbələr nəticəsində İranın mülki əhalisi arasında da həlak olanlar var.

Seçilən
30
operativmedia.az

1Mənbələr