AZ

Fransada 4 ukraynalı həlak olub

Fransada Ukrayna vətəndaşlarını daşıyan avtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində 4 nəfər ölüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Sarte” departamenti məlumat verib.

Məlumatda deyilir ki, Le Mansdan hərəkət edən avtobusda Ukraynadan olan 4 nəfər ölüb, 11 nəfərin vəziyyəti ağırdır, 34 nəfər isə yaralanıb. İdarədən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətinin 87 canlı qüvvəsi cəlb olunub. 

Magistral yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə bağlanıb. Hazırda hadisənin səbəbləri və şəraiti barədə məlumat verilmir. Ukraynalıların səfərinin məqsədi də məlum deyil.

Əfsanə Kamal
Demokrat.az 

Seçilən
14
1
demokrat.az

2Mənbələr