AZ

İsrail ehtiyatda olan hərbçiləri səfərbər edir - İranla gərginlik artır

BAKI, 13 iyun. TELEQRAF

İsrail İranla münaqişə fonunda ehtiyatda olan hərbiçilərin səfərbər olunmasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri ölkənin müxtəlif hərbi birləşmələrində xidmət etmiş hərbçiləri yenidən orduya çağırır.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və ölkənin Ali Rəhbəri Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Seçilən
21
3
teleqraf.com

10Mənbələr