AZ

Azərbaycanda bu ailələrin hər birinə ayda 2200 manat az pul deyil...


Rasim İsgəndərov: “Bu, Azərbaycanın gənc nəslini vətənpərvər ruhda böyüməyə, hərbi xidmətdə daha fəal və vətənpərvər olmağa ruhlandıran fərmandır”

Azərbaycanda sosial müavinətlər artırılıb. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.

Bundan başqa, iyulun 1-dən Prezident təqaüdlərinin aylıq məbləğləri də dəyişib. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2 200 manat, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2 000 manat müəyyən edilib.

Məlumat üçün bildirək ki, ölkəmizdə “Azərbaycanın Milli Qəhrəmanı” adına görə 184 nəfər sosial müavinət alır. Beləliklə, “Milli Qəhrəman” adına görə dövlət büdcəsindən hər ay 368 min manat pul ayrılır. Onu da vurğulayaq ki, hazırda Azərbaycanın 222 Milli Qəhrəmanından 15 nəfəri sağdır.

“Ölkəmizdə qəhrəmanlıq nümunəsi göstərən insanlara həddindən artıq yüksək diqqət və qayğı var, onlara Prezident təqaüdünün verilməsi bunun bariz nümunəsidir

Hərbi ekspert Rasim İsgəndərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə başçısının Milli Qəhrəmanların ailələri ilə bağlı verdiyi bu fərman Prezidentin, Azərbaycan dövlətinin onların övladlarına, şəhidlərinə, bu kateqoriyadan olan, vətənin ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıq göstərən insanlara, onların ailələrinə qayğı və diqqətinin ifadəsidir: “Milli qəhrəmanlar və ya onların ailələri ilə yanaşı, bir sıra şəxslər üçün də müavinətin həcmi artıb. Hesab edirəm ki, bu bir daha Azərbaycanın gənc nəslini vətənpərvər ruhda böyüməyə, hərbi xidmətdə daha fəal və vətənpərvər olmağa ruhlandıran fərmandır. Çünki hər bir əsgəri xidmətdə olan insan düşünəcək ki, qəhrəmanlıq göstərərsə, hətta şəhid olarsa belə, onun ailəsinə dövlət tərəfindən daha yüksək qayğı və qiddət göstəriləcək. Bunun vətənpərvərlik əhəmiyyəti var. Unutmaq lazım deyil ki, Azərbaycan xalqı çox vətənpərvər, qəhrəman xalqdır. Ölkəmizdə qəhrəmanlıq nümunəsi göstərən insanlara həddindən artıq yüksək diqqət və qayğı var. Onlara Prezident təqaüdünün verilməsi bunun bariz nümunəsidir”.

Günel CƏLİLOVA

Seçilən
43
baki-xeber.com

1Mənbələr