AZ

“Heç bir dövlət ABŞ və İsraili qarşısına alıb İranın yanında dayanmaz...”

 
“Rusiyanın isə öz vəziyyəti elədir ki, müharibəyə girməyə halı yoxdur...”
 
“İsraillə davamlı və genişmiqyaslı müharibə halında İranın yanında, az da olsa, yalnız Çin və Rusiyanın dayanması ehtimalı var. Ancaq onlardan heç biri açıq şəkildə hərbi əməliyyatlara qatıla bilməz. Son dövrlərdə Çin daim bütün müharibələrdən uzaq durmağa çalışır. Bu, birmənalıdır. Rusiyanın isə öz vəziyyəti elədir ki, müharibəyə girməyə halı yoxdur.  Bu baxımdan həmin dövlətin də İran tərəfdən müharibəyə qoşulub döyüşmək ehtimalı gözlənilmir”.
 
Bunu Moderator.az əməkdaşının “İsraillə davamlı və genişmiqyaslı müharibə halında İranın yanında hansı dövlətlər dayana bilər?” sualını cavablandırarkən  Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov söyləyib.
 
“Bəs Pakistanla son qarşıdurması zamanı İranın müdafiə etdiyi Hindistan necə?” sualına isə diplomat qısaca cavab verib:
 
“Heç Hindistan da belə müharibəyə girmək istəməz. Çünki heç bir dövlət bu cür bir durumda İranın tərəfində savaşa girə bilməz. Ona görə ki, aqibətlərinin necə olacaqlarını bilirlər – məğlubiyyət... Heç kəs İsrail və Amerikanı öz qarşısına almaq istəməz...”
 
Seçilən
11
moderator.az

1Mənbələr