AZ

Ləğv edilmiş reyslərə görə Ermənistan vətəndaşları Bakı aeroportunda olub

İran İslam Respublikası və bəzi qonşu ölkələrin hava məkanının bağlanması ilə əlaqədar bir sıra beynəlxalq reyslər “Zvartnots” Beynəlxalq Hava Limanına və regionun digər ölkələrinin hava limanlarına təcili eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bəyanatda qeyd edilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq Ermənistan Respublikası vətəndaşları və etnik ermənilər Azərbaycanın paytaxtı Bakıda yerləşən hava limanında olublar.

Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib. Eyni zamanda, Azərbaycan vətəndaşları da “Zvartnots” hava limanındadırlar.

Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr