Bakı. Trend:
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasıböyük ümidlərlə yeni tarixin astanasına qədəm qoydu. Lakin bu illərölkə üçün daha çox ağrılı sınaqlarla yadda qaldı. Sovet İttifaqınındağılması ilə formalaşan yeni reallıq fonunda Azərbaycanınqarşısında dayanan problemlər olduqca mürəkkəb və təhlükəli idi.Dövlət strukturları zəif, ordu formalaşmamış, siyasi rəhbərlik isəqeyri-stabil idi.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"İqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya sürətlə artır,enerji və ərzaq böhranı yaşanırdı. Üstəlik, Ermənistanın hərbitəcavüzü nəticəsində torpaqlar işğal olunurdu. 1992-ci ildəhakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu çətinliklər qarşısındaaciz qalmış, ölkəni daha dərin böhrana sürükləmişdi. Qarabağdacəbhə geriləyir, paytaxt Bakıda isə anarxiya hökm sürürdü. Dövlətçevrilişləri, silahlı dəstələrin qarşıdurması, daxildə bölünmüşlükAzərbaycanın gələcəyini sual altına alırdı. 1993-cü ilin iyunundaölkədə baş verən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsi oldu.Gəncə hadisələri kimi tanınan qiyam cəhdləri, özbaşına silahlıdəstələrin fəallaşması, ordu birləşmələrinin mərkəzi hökumətə tabeolmaması, AXC rəhbərliyinin isə bu proseslərə nəzarət edə bilməməsiAzərbaycanı vətəndaş müharibəsinin bir addımlığına gətiribçıxarmışdı", - o bildirib.
Onun sözlərinə görə, bu məqamda xalqın böyük əksəriyyətiAzərbaycanın müdrik və təcrübəli liderinə - Naxçıvan Ali Məclisininsədri Heydər Əliyevə üz tutdu.
"Artıq 1992-ci ildən Naxçıvanda siyasi sabitlik yaradan HeydərƏliyev Azərbaycan ictimaiyyətində yeganə real lider kimi qəbulolunurdu. Azərbaycanın o dövrki rəhbərliyi - prezident ƏbülfəzElçibəy və baş nazir Pənah Hüseyn vəziyyətin nəzarətdən çıxdığınıgörərək, iyun ayının əvvəlində Heydər Əliyevi Bakıya dəvət etdilər.Xalqın təkidi ilə iyunun 9-da Heydər Əliyev Bakıya gəldi və qısamüddətdə vəziyyətə nəzarəti ələ aldı. Həmin günlərdə Elçibəyfaktiki olaraq iqtidarsız vəziyyətə düşdü və iyunun 18-də Bakınıtərk edərək Kələkiyə getdi. Milli Məclisin iyunun 15-də keçiriləniclasında Heydər Əliyev parlamentin sədri seçildi. Məhz bu hadisə –Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı – Azərbaycanınmüstəqillik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu səbəbdən15 iyun Milli Qurtuluş Günü kimi qeyd olunur", - o bildirib.
A.Qarayev qeyd edib ki, 15 iyun təkcə Heydər Əliyevin parlamentrəhbərliyinə seçilməsi deyil, eyni zamanda dövlətçiliyin bərpası,Azərbaycanın parçalanmaqdan xilas olması və gələcək inkişafınəsasının qoyulması kimi qiymətləndirilməlidir. Bu gün bir dövlətinöz içindən çökdüyü bir anda, xalqın çağırışı ilə onun taleyinidəyişə biləcək bir liderin iradəsi ilə milli birlik və sabitlikbərpa olundu.
"Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddətdəGəncə hadisələrinin qarşısı alındı, separatçılıq meyillərineytrallaşdırıldı, orduya nəzarət bərpa edildi. Dövlət qurumlarıardıcıl şəkildə yenidən formalaşdırıldı, idarəetmə strukturundaçevik islahatlar aparıldı. Xarici siyasətdə balanslı və millimaraqlara əsaslanan yeni kurs götürüldü. Milli Qurtuluş GünüAzərbaycanın yalnız fiziki parçalanmasının deyil, eyni zamandamənəvi-siyasi dağılmasının qarşısının alındığı gündür. HeydərƏliyev təkcə böhrandan çıxış yolunu göstərmədi, o, eyni zamandamüasir dövlətçilik fəlsəfəsini formalaşdırdı. Onun rəhbərliyi iləmilli ideologiya, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətimodelinə keçid, iqtisadiyyatın liberallaşdırılması kimi fundamentalproseslər başlandı. Azərbaycan xalqı ilk dəfə olaraq sabitlik vəinamla gələcəyə baxmağa başladı. Milli Qurtuluşun iqtisadi əsaslarıda məhz bu dövrdə qoyuldu. 1994-cü ildə imzalanan “Əsrinmüqaviləsi” ilə Azərbaycan öz enerji resurslarını qlobal bazarlaraçıxarmağa başladı. Bu müqavilə təkcə neftin çıxarılması haqqındayox, həm də Azərbaycanın beynəlxalq aləmdə geosiyasi aktoraçevrilməsi haqqında sənəd idi. “Əsrin müqaviləsi” ilə başlayan neftstrategiyası sonradan Azərbaycanın tranzit imkanlarınıgenişləndirdi, enerji və nəqliyyat layihələri vasitəsilə ölkəniQərblə Şərq, Şimalla Cənub arasında körpüyə çevirdi. Bu isədövlətin maliyyə və iqtisadi müstəqilliyini təmin etdi", - obildirib.
Politoloq qeyd edib ki, 1993-cü ildən sonra ordu quruculuğu damilli strategiyanın əsas istiqamətlərindən biri oldu.
"Heydər Əliyev hərbi hissələrin vahid komandanlıq altındabirləşdirilməsinə, orduya siyasi deyil, peşəkar yanaşmanıntətbiqinə nail oldu. Nəticədə, 1994-cü ilin mayında cəbhədə atəşkəsrejimi əldə olundu. Bu, Azərbaycan üçün vaxt qazandırdı və dövlətquruculuğuna şərait yaratdı. 1995-ci ildə qəbul olunan Konstitusiyavə Milli Məclisə keçirilən seçkilər Azərbaycanda hüquqi dövlətinəsasını qoydu. 1996-cı ildə Milli Məclis 15 iyun gününü rəsmiolaraq Milli Qurtuluş Günü elan etdi. 1990-cı illərin sonlarınadoğru Azərbaycan artıq regional layihələrin təşəbbüskarı, sabitlikadası, siyasi və iqtisadi baxımdan möhkəmlənmiş dövlət idi. 2003-cüildə Prezident İlham Əliyev hakimiyyətə gəlməklə Azərbaycanı yenimərhələyə – sürətli inkişaf və beynəlxalq nüfuzun artımımərhələsinə çıxardı. Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan ərazi bütövlüyünü bərpa etdi, Qarabağ zəfəri iləmüstəqillik tarixində yeni parlaq səhifə yazdı. Milli Qurtuluşunbünövrəsi olan sabitlik, güclü dövlətçilik ənənəsi, xalq-liderbirliyi bu qələbənin ideoloji və siyasi əsasını təşkil etdi. Bu günMilli Qurtuluş Günü təkcə tarix deyil, həm də çağırışdır. Buçağırış ondan ibarətdir ki, hər bir vətəndaş müstəqil Azərbaycanınəbədiliyinə, inkişafına və güclənməsinə töhfə verməli, dövlətintaleyində məsuliyyət hiss etməlidir", - A.Qarayev bildirib.
O əlavə edib ki, Milli Qurtuluş Günü - Azərbaycan xalqınınsiyasi yetkinliyinin, liderinə olan etimadının, dövlətçiliyəsadiqliyinin rəmzidir.
"15 iyun - müstəqilliyin real mənada bərpa olunduğu,Azərbaycanın dağılmaqdan, məhv olmaqdan qurtulduğu gündür. Bu gününtarixi və ideoloji dəyəri zaman keçdikcə daha aydın görünür.Bugünkü qüdrətli Azərbaycan məhz 15 iyun 1993-cü ildə atılmış xilasaddımının nəticəsidir", - politoloq qeyd edib.