AZ

Alonso: tilsimi qırdı, 21 mövsümdə xal qazandı!

“Formula-1” üzrə dünya çempionatının cari mövsümündə ardıcıl 8 mərhələdə xal qazana bilməyən Fernando Alonso İspaniya “Qran-pri”sində tilsimi qırdı.

"Football-plus.az" xəbər verir ki, məhz bu ölkədən olan pilot “kral avtoyarışları”nln tarixinə düşdü. Belə ki, Fernando dünya çempionatının 21 mövsümündə xal qazanmağı bacarıb.

“Formula-1”də 2001-ci ildə - "Minardi" komandasında debüt edən Alonso xal zonasına düşə bilməyib. Bundan sonra "Reno"ya keçən ispaniyalı pilot 2003-18 aralığında hesabına xal yazdırıb. Həmin ild turniri tərk edən Fernando bir də 2021-ci ildə geri dönüb. 43 yaşlı pilot həftəsonu keçirilən İspaniya “Qran-pri”sində 9-cu yeri tutaraq xal qazandığı mövsümlərin sayını 21-ə çatdırıb.

2012-ci ildə 278 xalla özünün rekord nəticəsinə imza atan Fernando "Reno"nun heyətində 2005 və 2006-cı illərdə iki dəfə dünya çempionu olub.

Seçilən
21
1
football-plus.az

2Mənbələr