AZ

Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədi Ukraynaya gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə RBC-Ukrayna Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.

"Görülən repatriasiya tədbirləri nəticəsində 1200 nəfərin cəsədi Ukraynaya qaytarılıb", - qərargahdan bildirilib.

Rusiya tərəfinin məlumatına görə, meyitlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbçilərə məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
14
oxu.az

10Mənbələr