İran rəsmiləri ABŞ prezidenti Donald Trampa zəng edərək Tehranın nüvə proqramı ilə bağlı saziş imzalamasını xahiş edirlər.
Herbiand.az xəbər verir ki, bunu ABŞ lideri “NBC News” telekanalının efirində deyib.
"Onlar sövdələşmə fürsətini əldən verdilər. İndi başqa fürsəti ola bilər. Baxacağıq".
İsrailin zərbələrindən sonra İranın niyə indi saziş imzalamaq istədiyini soruşduqda Tramp vurğulayıb ki, İslam Respublikası rəsmiləri ona bu cür təkliflərlə müraciət edirlər. "Onlar məni danışmağa çağırırlar".