AZ

Anar Quliyev Qubada Baş Planın icra vəziyyəti ilə tanış oldu

BAKI, 13 iyun. TELEQRAF

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev vətəndaş qəbulu çərçivəsində iyunun 13-də Quba şəhərinə səfər edib.

Komitədən Teleqraf-a bildirilib ki, səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.

Sonra Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edən Komitə sədri vətəndaşların torpaq münasibətləri, tikintiyə icazələrin verilməsi və digər şəhərsalma məsələləri ilə bağlı müraciətlərini dinləyib, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlər verib.

Anar Quliyev həmçinin Quba Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla məhsuldar görüş keçirib. Tərəflər Baş Plana uyğun olaraq şəhərin davamlı inkişafına yönəlmiş layihələrin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Seçilən
24
3
teleqraf.com

4Mənbələr