AZ

Azərbaycan millisi Lüksemburqa məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Azərbaycan seçməsi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Lüksemburq voleybolçuları ilə üz-üzə gəlib.

Qarşılaşma qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 14-də Rumıniyaya qarşı keçirəcək.

Seçilən
55
teleqraf.com

1Mənbələr