"Mançester Yunayted" “Napoli”nin hücumçusu Viktor Osimhenlə danışıqları bərpa etmək istəyirlər.
İdman.biz xəbər verir ki, mankuianlılar futbolçuya illik 12 milyon avro maaş təklif edəcəklər.
İngiltərə təmsilçisi Neapol klubunun tələb etdiyi 75 milyon avronu da ödəməyə hazırdır. Osimhenə ən yüksək təklifi “Əl-Hilal” versə də, o, Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib. Viktor ötən mövsüm icarə əsasında çıxış etdiyi "Qalatasaray"la danışıqlar aparır.
Qeyd edək ki, 26 yaşlı forvard “Qalatasaray”da 41 matçda forma geyinən hücumçu 37 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
İdman.biz