BAKI, 13 iyun. TELEQRAF
Azərbaycan milli komandasının futbolçuları Mahir Emreli və Renat Dadaşov mövsümün bitməsindən istifadə edərək tətilə yollanıblar.
Teleqraf xəbər verir ki, hər iki hücumçu sevgililəri ilə birlikdə Türkiyənin Bodrum şəhərində istirahət edir.
Onlar Azərbaycan millisinin Latviya (0:0) və Macarıstana (1:2) qarşı yoldaşlıq görüşündən dərhal sonra qardaş ölkəyə üz tutublar.
Mahir Emrelinin bacısı Ayşə Emreli də gənc cütlüklərlə birgədir.
Qeyd edək ki, Renat Dadaşov Polşanın “Radomyak” klubunun şərəfini qoruyur. Mahir Emreli isə Almaniyanın “Nürnberq” komandasından ayrıldıqdan sonra yeni seçimini etməyib.