Bakı. Trend:
İran hökuməti İsrailin endirdiyi zərbələrə görə təcili iclaskeçirib.
Trend xəbər verir ki, bubarədə İran prezidenti Məsud Pezeşkiyanın mətbuat xidməti məlumatyayıb.
Məlumata görə, iclasda ölkədəki mövcud vəziyyət təhlil edilərək,bütün icra hakimiyyəti orqanlarının əhalinin əsas tələbatınınyanacaq, dərman və digər zəruri mallarla təmin edilməsinə hazırolduqları bildirilib, bu vəzifələrin icrası ilə bağlı planlaşdırmaişləri də aparılıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavabhücumunun həyata keçiriləcəyini bildirir.