AZ

Netanyahu: İsrailin İrana qarşı əməliyyatı altı aya planlaşdırılıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"İsrailin İrana qarşı hərbi əməliyyatı hələ 2024-cü ilin noyabrında planlaşdırılıb və aprelin sonunda baş tutmalı idi".

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Əslində mən bu əmri müdafiə strukturlarının rəhbərliyinə noyabrın 24-də vermişəm. Bu, İranın nüvə proqramını faktiki olaraq aradan qaldırmaq əmridir", - o, İsrail Baş Nazirliyi Aparatının yaydığı videomüraciətdə bildirib.

Netanyahu əlavə edib ki, bu əməliyyata hazırlığa başlamaq qərarı İsrail ordusunun 2024-cü ilin sentyabrında "Hizbullah" partiyasının rəhbəri Həsən Nəsrullahı məhv etməsindən qısa müddət sonra verilib.

"İlkin olaraq İrana zərbələrin bu ilin aprel ayının sonunda başlaması planlaşdırılıb", - baş nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr