AZ

Netanyahu: “İran İsrailə sərt zərbələr endirəcək”

“İran tərəfi İsrailə sərt zərbələr endirəcək”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu qeyd edib ki, İsrail ordusu İranın əhəmiyyətli qüvvələrinə zərbə endirib və Natanzda yerləşən ən böyük uranın zənginləşdirilməsi zavodunu məhv edib.

“İran raketləri gələcək. Cavab zərbəsi də mütləq olacaq”, — deyə o bildirib. Baş nazirin sözlərinə görə, bu əməliyyat bu qəbildən olan hücumlar tarixində ən irilərindən biri olub və “miqyas baxımından əvvəlkiləri xeyli üstələyib”.

Netanyahu vurğulayıb ki, hazırda İranda xaos hökm sürür, lakin Tehran mütləq cavab verəcək: “Zərbələr olacaq. Ola bilsin ki, dalğalarla və çox sərt şəkildə”.

O əlavə edib ki, İranın nüvə proqramına qarşı əməliyyatın hazırlanması göstərişini 2024-cü ilin noyabrında verib və əməliyyat ilkin olaraq aprel ayına planlaşdırılıbmış.

Bizim.Media

Seçilən
70
6
bizim.media

10Mənbələr