Böyüklərdən ibarət cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
"Report" xəbər verir ki, yarışda 42 klub və idman cəmiyyətindən olan 194 cüdoçu (168 oğlan, 26 qız) ümumilikdə 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Turnir iyunun 15-də, Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinda baş tutacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.