AZ

Təbriz hava limanı bir gündə ikinci dəfə İsrailin hücumlarına məruz qalıb

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Təbriz hava limanının ətrafı bir gündə ikinci dəfə İsrail tərəfindən raket hücumlarına məruz qalıb.

Bu barədə Fars agentliyi məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl Təbriz hava limanının ərazisi ikinci dəfə (İsrail tərəfindən. — ) raket hücumlarına məruz qalıb”, – məlumatda deyilir.

Əlavə məlumat verilmir.

İranın qərbindəki Kirmanşah şəhərində də yeni partlayışlar baş verib.

İyunun 13-nə keçən gecə İsrailin müdafiə naziri İsrael Katz İrana “önləyici zərbə” endirdiyini açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İsrailin hədəfləri arasında nüvə alimləri və Natanz obyekti var.

Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, İsrailin zərbələri nəticəsində azı 20 yüksək rütbəli iranlı komandir həlak olub.

Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə münaqişənin kəskin şəkildə artması fonunda vətəndaşları İsrail və İrana səfərlərdən çəkinməyə çağırıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
dogru.az

1Mənbələr