Audiovizual Şura "Maşa və ayı" cizgi filminin nümayişinə görə “Space TV”yə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, bu barədə Şuranın bugünkü onlayn iclasında qərar qəbul edilib.
İclasda "Space TV" kanalının efirində 7, 8 və 9 iyunda yayımlanan "Maşa və ayı" cizgi filminin nümayişi zamanı digər yayımçının müstəsna yayım hüququnun pozulması ilə bağlı məsələ müzakirə olunub.
"Maşa və ayı" cizgi filminin Azərbaycan ərazisində müstəsna yayım hüququnun "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə məxsus olmasına görə Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu hal "Media haqqında" qanunun 38.2-ci maddəsinin tələbinin (Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır) pozulması kimi qeydə alınıb, daha sonra həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Televiziya kanalının efirində belə pozuntunun ilk dəfə baş verməsini nəzərə alaraq iclasda "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya kanalına bu dəfə xəbərdarlıq edilməsi barədə razılığa gəlinib, bütün yayımçılardan öz istehsalı olmayan proqramları (filmləri, cizgi filmlərini, sənədli filmləri və sairə) yayımlayarkən yayım hüququ məsələlərinə diqqətli yanaşmaları tələb olunub.
10Mənbələr
-
big.az"Ətək geyindiyim üçün Lider TV-də maaşımı kəsmişdilər" ( 18818602)
-
axsam.azƏtək geyindiyim üçün Lider TV də maaşımı kəsmişdilər ( 18816820)
-
football-plus.az“Bir il əvvəl də intihar edəcəyini demişdi” - İbrahim Uzunca Xanbaba Daşdıdan danışdı ( 18728662)
-
icma.az“Biz də yüksək yerlər uğrunda oynayacağıq” bəs onda niyə bütün heyət qovulub? ( 18664540)
-
lent.azAzərbaycanda iş elanları üçün yeni ünvan ( 18576634)
-
operativmm.azBiz nə məcburi sülhü, nə də müharibəni qəbul etməyəcəyik ( 18375349)
-
axsam.azMənim üçün çətindir ( 18228361)
-
hurriyyet.az"Maşa və ayı"ya görə “Space TV”yə XƏBƏRDARLIQ ( 18220822)
-
news24.az“Maşa və ayı”ya görə “Space TV”yə xəbərdarlıq edildi ( 18216391)
-
gender.az"Maşa və ayı"ya görə “Space TV”yə XƏBƏRDARLIQ ( 18219211)