ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran hakimiyyətinin nümayəndələri ona zəng edərək Tehranın nüvə proqramı üzrə saziş bağlamağı təklif edirlər.
Musavat.com xəbər verir ki, bu barədə o, NBC News kanalının efirində bildirib.
“Razılaşmaq fürsətini əldən verdilər. İndi onların başqa fürsəti ola bilər. Baxarıq”, – deyə dövlət başçısı bildirib.
Tramp vurğulayıb ki, İran İslam Respublikasının rəsmiləri ona belə təkliflərlə müraciət edirlər: “Mənə zəng edirlər ki, bu saziş barədə danışaq”.
Tramp İsrailin keçirdiyi hərbi əməliyyatı da dəstəkləyib: “Onlarda dünyanın ən yaxşı texnikası var idi və bu, Amerika texnikasıdır”, – deyə o qeyd edib.
Musavat.com