İsrailin BMT-dəki nümayəndəsi əməliyyatın bitmə tarixi ilə bağlı danışıb
Qüds hazırda İrana qarşı əməliyyatın nə qədər vaxt aparacağını bilmir.
Demokrat.az xəbər verir ki, bu barədə İsrailin BMT-dəki (BMT) nümayəndəsi bildirib.
Bundan əvvəl “The Wall Street Journal” yüksək rütbəli İsrail rəsmisinə istinadən yazıb ki, İsrail İrana qarşı əməliyyatı iki həftəyə başa çatdırmağı gözləyir. Nəşrin məlumatına görə, İsrailin hücumları eyni vaxtda İran rəhbərliyini, silah anbarlarını və İranın strateji obyektlərini hədəfə alacaq.
Bu taktika Tehranı tammiqyaslı cavab zərbəsi endirmək imkanından məhrum etmək üçün seçilib. İyunun 13-nə keçən gecə İsrail “Şir kimi millət” adlı əməliyyata başladığını elan edib.
Əfsanə Kamal
Demokrat.az