AZ

1 ildir qələbə üzü görməyən adam: “Heç kimə fikir verməyin, mən nə etdiyimi bilirəm”

Millinin baş məşqçisi Fernandu Santuş düzgün yolda olduqlarını düşünür.

O, bunu komandanın bir qrup futbolçusu ilə söhbəti zamanı bildirib.

Portuqaliyalı çalışdırıcı Macarıstana 1:2 hesabıyla uduzduğumuz yoxlama matçından sonra onlarla dialoq quraraq, doğru kurs götürdəklərini iddia edib.

70 yaşlı mütəxəssis deyib ki, macarlarla oyun onu ümidləndirib və dünya çempionatının seçmə mərhələsində uğursuz çıxış etməyəcəklərinə inanmağa başlayıb:

«Heç kimə fikir verməyin, mən nə etdiyimi bilirəm. Martdakı yoxlama oyunları ilə müqayisədə indi əzmkarlıq görürəm.

Az da olsa, qol epizodu yaradırıq. Mənim üçün əsas odur ki, məğlubiyətlə barışmırıq, rəqibin üzərinə gedirik».

Santuş 2024-cü ilin yayındas millimizin sükanı arxasına keçib.

Ondan bəri keçirdiyimiz 10 qarşılaşmanın (8 rəsmi, 2 yoldaşlıq) heç birində qələbə qavzana bilməmişik - səkkiz məğlubiyyət, iki heç-heçə.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr