ŞƏMKİR, 13 iyun. TELEQRAF
Şəmkir rayonunda su kanalında iki nəfər boğularaq ölüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki kanalda qeydə alınıb.
İlkin məlumata görə, batan şəxslərdən biri qadındır.
Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onların nəşi sudan çıxarılır.