AZ

Trampdan SON DƏQİQƏ AÇIQLAMASI: “İran rəsmiləri nüvə sazişi bağlamağı xahiş edirlər”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran rəsmiləri onunla əlaqə saxlayaraq Tehranın nüvə proqramı üzrə yeni razılaşmanın bağlanmasını istəyirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp NBC News telekanalına müsahibəsində danışıb. O qeyd edib ki, İran daha əvvəl razılaşma əldə etmək üçün imkanı əldən verib:
“Onlar sazişi bağlamaq fürsətini qaçırdılar. Ola bilsin, indi onların yeni bir imkanı olacaq. Gözləyək, görək.”

Jurnalistin “İranın indi, İsrailin son hava zərbələrindən sonra, niyə razılaşmaya maraqlı olduğunu düşünürsünüz?” sualına cavab verən Tramp deyib ki, İran rəsmiləri artıq bu məsələ ilə bağlı onunla əlaqə qururlar:
“Onlar mənə zəng edirlər ki, [saziş barədə] danışaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
19
konkret.az

10Mənbələr