İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tüdorla yola davam edəcək.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi nəhəngi xorvatiyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı məşqçi 2027-ci ilin yayına kimi Turin klubunu çalışdıracaq.
Qeyd edək ki, İqor Tüdor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunub. "Ağ-qaralar" A Seriyasını 4-cü yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.
"Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb
Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək
“Liverpul” Virtz transferini tamamlayıb
“Arsenal” Qyökereş üçün “Sportinq”ə rəsmi təklif göndərib
“Milan”dan növbəti transfer həmləsi: Qranit Caka