AZ

Xalq artistindən rep deyən Alim Qasımova: “Yersiz hərəkət...”-ÖZƏL

Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun məclislərdən birində maraqlı ifası sosial şəbəkələrdə yayılıb. Onun rep janrına müraciət etməsini bir çoxları bəyənsə də, əksər insanlar bu hərəkəti xanəndəyə yaraşdırmayıblar.
 
Moderator.az-a açıqlama verən xalq artisti Niyaməddin Musayev həmkarını müdafiə edib:
 
“Alim bizim gözəl muğam ifaçımız, həm də gözəl insandır. Bu onun öz işidir. Yəqin ki, bu hərəkətini müasirliklə əlaqələndirib. Həmin videonu görməmişəm, bilmirəm. Amma Alim yersiz hərəkət etməz. Bunu dəqiq bilirəm” deyə sənətkar bildirib.
Seçilən
29
moderator.az

1Mənbələr