AZ

Azərbaycan BVF ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) arasında fiskalsiyasət sahəsindəki prioritetlər və islahatlar gündəliyi müzakirəedilib.

Bu barədə TrendMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Belə ki, iyunun 13-də Azərbaycan Respublikasının maliyyə naziriSahil Babayev ilə Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanındaxil olduğu Seçki Qrupu üzrə İcraçı Direktoru Patrik Loşevskiarasında virtual formatda görüş keçirilib.

Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdanməmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın dahada genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindəntəqdim olunan texniki yardım proqramlarının və məsləhətxidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskalidarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Tərəflər görüşdə Azərbaycanın dövlət maliyyə idarəçiliyi, fiskalsiyasət sahəsindəki prioritetlər və həyata keçirilən islahatlargündəliyini müzakirə ediblər. Həmçinin bu istiqamətdə gələcəkəməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
33
2
az.trend.az

4Mənbələr