AZ

“Piza” İnzaqi ilə yollarını ayırdı

İtaliya A Seriyasının təmsilçisi “Piza” 51 yaşlı italyan mütəxəssis Filippo İnzaqi ilə əməkdaşlığına erkən surətdə xitam verib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Məşqçiyə və komandaya, İtaliya A Seriyasına çıxmaqla nəticələnmiş birgə məhsuldar uğurlu yola görə təşəkkürümüzü bildiririk. Karyeranızın davamına ən yaxşısını diləyirik”, – klubun rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, Filippo İnzaqi “qüllə”ni cəmi bircə mövsüm çalışdırıb və klubu 34 ildən sonra İtaliya A Seriyasına qaytara bilib. İnzaqi “Pisa”nı 2024-cü ilin iyul ayında qəbul etmişdi və klubla müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə idi. Komanda 2024/2025-ci illər mövsümünü İtaliya B Seriyasında gümüş medalla başa vuraraq, A Seriyasına yüksəlib.

İnzaqinin rəhəbərliyi altında “Piza” 40 oyun keçirib, 24 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət yaşayıb. Komandanın top fərqi isə 67:37 nisbətindədir.

Daha əvvəl İnzaqinin B Seriyası təmsilçisi “Palermo”nu çalışdıracağı haqda mətbuatda məlumat yayılıb.

Seçilən
17
arena.az

1Mənbələr