AZ

İsrail İranın daha bir nüvə obyektinə zərbə endirib

İsrail İranın daha bir nüvə obyektinə, Tehrandan 150 km aralıda yerləşən Fordo uran zənginləşdirmə zavoduna zərbə endirib.

AzPost bildirir ki, bu barədə Fars Agentliyi məlumat yayıb.

İsrail İranın Fordo nüvə obyekti yaxınlığında iki partlayış səsi eşidilib.

Netanyahu daha əvvəl bildirmişdi ki, o, İranın nüvə proqramına qarşı tədbir görmək əmrini hələ 2024-cü ilin noyabrında verib. Əməliyyat əvvəlcə 2025-ci ilin aprel ayına planlaşdırılıb, lakin müxtəlif səbəblərdən təxirə salınıb.

İsrailin baş naziri deyib ki, İsrail İranın cavab zərbəsinin çox ciddi ola biləcəyini anlayır və nəticələrini minimuma endirməyə hazırlaşır.

AzPost.az

Seçilən
35
azpost.info

1Mənbələr