İsrail hökumətinə məxsus göyərtəsində yüksək vəzifəli məmurların olduğu təyyarə Afinaya eniş edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu arədə Yunanıstanın "newsbreak.gr" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, bu addım İranın mümkün qisas hücumundan qorunmaq məqsədilə atılıb. Bildirilir ki, İsrail Prezidenti İshaq Hersoqla Baş nazir Benyamin Netanyahunun rəsmi səfərlərdə istifadə etdiyi hökumət təyyarəsi müvəqqəti olaraq Yunanıstana köçürülüb.
Qeyd olunur ki, bu təyyarə İsrailin ən mühüm strateji aktivlərindən biri hesab olunur. Daha əvvəl təyyarənin Kiprə uçduğu bildirilmişdi, lakin Kipr rəsmiləri bu məlumatı təkzib ediblər.
Portal hesab edir ki, təyyarənin Afinaya göndərilməsi Yaxın Şərqdə artan gərginlik fonunda Yunanıstanın dolayısı ilə prosesə cəlb olunması kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, Təl-Əvivdəki Ben Qurion hava limanı hazırda bağlanıb və İsrailin hava hücumundan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.