İyunun 14-də Amerika ordusunun ildönümü şərəfinə Vaşinqtonda keçiriləcək hərbi parad tufan səbəbindən ləğv edilə və ya təxirə salına bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ ordusunun nümayəndəsi Stiven Uorren “The Times” qəzetinə müsahibəsində bildirib.
Nəşr qeyd edir ki, parad günü yağış və tufan gözlənilir. Qəzetin həmsöhbəti vurğulayıb ki, paradın keçirilməsində hər hansı dəyişiklik olarsa, əvvəlcədən məlumat veriləcək.