AZ

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Son dövrlərdə dərmanların keyfiyyəti və onların düzgün istifadəsi məsələsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Vətəndaşlar apteklərdən aldıqları dərmanların ya təsirsiz olduğunu, ya da zəhərlənmə halları yaratdığını bildirirlər.

Professor Adil Qeybulla Valyuta.az-a dərman zəhərlənmələrinin səbəbləri və onların aradan qaldırılması yollarından danışıb.

A.Qeybulla bildirib ki, dərman zəhərlənmələri əsasən iki formada baş verir. Birincisi, dərmanların keyfiyyət parametrlərinə bağlı olan toksiki zəhərlənmələrdir. İkincisi isə dozanın aşılması, yəni hiperdoza səbəbindən yaranan zəhərlənmələrdir:

“Əgər dərmanlar kifayət qədər düzgün şəkildə rafinasiya olunub, texniki şərtlərə uyğun istehsal olunubsa və tərkibindəki stabilizatorlar təhlükəsizdirsə, həmin dərmanlar effektiv və zərərsiz olacaq”.

Professor deyir ki, təəssüflər olsun ki, mütəmadi olaraq dərmaların keyfiyyətsizliyi ilə bağlı müxtəlif xəbərlər eşidirik:

“Bu söhbətlər də əsassız deyil. Hazırda məsələn, parasetamolla bağlı şübhəli iddialar var. Onların nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma belə hallar göstərir ki, bazarda keyfiyyətsiz dərmanlar da dövriyyəyə buraxılır. Bu zaman bir tərəfdən keyfiyyət problemi, digər tərəfdən isə əhalinin dərmanlardan düzgün istifadə etməməsi toksiki vəziyyətlərə səbəb olur. Bəzən isə insanlar özünəqəsd məqsədilə dərmanlardan sui-istifadə edir ki, bu artıq kriminal xarakter daşıyır. Hər bir vəziyyəti fərdi şəkildə dəyərləndirmək lazımdır.”

A.Qeybulla bu cür problemlərin qarşısını almaq üçün bir sıra təkliflər də irəli sürüb.

Onun fikrincə, dərmanların düzgün təyinatı və istifadəsi üçün elektron resept sisteminə keçid vacibdir:

“Xəstəyə dərmanın necə istifadə olunacağı tam şəkildə izah edilməlidir. Eyni zamanda, dərmanların keyfiyyəti beynəlxalq standartlara uyğun olmalıdır. Dərman bazarına nəzarət gücləndirilməlidir. Bu sahədə korporativ maraqlar yox, xalqın genofondu əsas götürülməlidir”.

Günay

Seçilən
20
valyuta.az

1Mənbələr