
“İsrailin İrana qarşı əməliyyatı bitməkdən çox uzaqdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal”a İsrailin yüksək rütbəli rəsmisi bildirib.
Onun sözlərinə görə, əməliyyat 14 gün davam etmək üçün nəzərdə tutulub.
Nəşr qeyd edib ki, bu, bir zərbə dalğasının İranın nüvə proqramına kifayət qədər ziyan vurmaq iqtidarında olmadığını qeyd edən və cavab zərbəsi ehtimalını məhdudlaşdırmaq üçün eyni vaxtda İranın obyektlərinə, komandanlığına və arsenallarına zərbələr endirən İsrailin hərtərəfli yanaşmasına diqqət çəkən analitiklərin qiymətləndirməsi ilə üst-üstə düşür.
“The Times of Israel” yazır ki, İsrail ordusu əməliyyatın davam etdiriləcəyini də açıqlayıb:
“Biz strateji fürsət pəncərəsindəyik. Geri dönüş nöqtəsinə çatmışıq və indi hərəkətə keçməkdən başqa seçimimiz yoxdur”.
Xatırladaq ki, İsrail iyunun 13-də səhər tezdən İran ərazisinə silsilə zərbələr endirib. Təsdiqlənmiş hədəf, xüsusən də əsas obyektləri yerin altında yerləşən Natanzdakı uranın zənginləşdirilməsi obyekti olub. İran hakimiyyəti israr edir ki, zərər yalnız yerüstü tikililərlə məhdudlaşıb. İDF öz növbəsində yeraltı tikililərin də qismən dağıldığını bildirir.