AZ

BMT-nin Baş katibi Əraqçi ilə telefon danışığı apardı

BAKI, 13 iyun. TELEQRAF

Baş katibi Antoniu Quterreş İsrailin hücumlarından sonra regionda kəskin gərginliyin artması fonunda İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Stefani Tremblay məlumat verib.

O bildirib ki, “Bu səhər Baş katib İranın xarici işlər naziri ilə danışıb. Məlum olduğu kimi, onlar son hadisələrin yaratdığı vəziyyəti müzakirə ediblər”.

Stefani Tremblayin sözlərinə görə, Quterreş əvvəlcə açıqladığı mövqeyini təsdiqləyib və istənilən halda nəzarətdən çıxmaq təhlükəsi olan ölümcül qarşıdurmanın qarşısının alınmasının zəruriliyini vurğulayıb.

Seçilən
11
3
teleqraf.com

6Mənbələr