AZ

Kurban Berdıyevi narazı salan növbəti GENİŞ SİYAHI

Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” müqavilə müddətləri başa çatan 9 futbolçu ilə eyni anda yolları ayırdı.

Gedənlərin siyahısında diqqət çəkən bir məqam var.

Belə ki, yolların ayrıldığı futbolçuların yarıdan çoxu Berdiyevin şəxsən istəyi ilə heyətə cəlb edilənlərdi.

Söhbət İvan Konovalov, Kauan Martins de Paula, Kristian da Silva, Araş Qadiri və Anton Kraçkovskidən gedir.

Əslində bu məqam bir daha türkmənistanlı çalışdırıcının seleksiya işində nə qədər uğursuz olmasının bariz sübutudur.

Əslində siyahı daha geniş olmalıdır.

Çünki əcnəbi mütəxəssis özü kluba dəvət etdiyi Tural Bayramlı, Rəhim Sadıxov, Hayderson Hurtado, Joarlem Batista, Orxan Əliyev kimi adlar da yaxşı performansla yadda qalmayıb.

73 yaşlı mütəxəssisin imkanı olsa elə bu gün yuxarıdakı isimlərin ən azı yarısına qapını göstərər.

Amma onun önünü kəsən məqam ortada olan anlaşmadır.

Hər biri ilə ən azı növbəti mövsümün sonuna kimi qüvvədə olan müqavilə var.

Bəziləri ilə danışıqlar bu gün də davam edir.

Lakin hazırda kifayət qədər yaxşı maaşa alan haqqında bəhs etdiyimiz oyunçular hətta ehtiyatda qalmağa belə razıdır, amma getmək barədə düşüncə yoxdur.

Bu bir halda mümkün ola bilər.

Təzminat qarşılığında...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
43
sportinfo.az

1Mənbələr