Sumqayıtın "Məhəllə uşaqları" komandası Həvəskarlar Liqasında növbəti matçını keçirib.

Rekord.az xəbər verir ki, Orxan Abdullayevin baş məşqçisi olduğu komanda "Dirçəliş"i 5:2 hesabı ilə məğlub edib.

Sumqayıt təmsilçisi hazırda E qrupunda 9 xalla 2-4-cü yerləri bölüşür. 

Qeyd edək ki, komandanın heyətində Məhəmməd Alıyev, Kamran İsmayılov, Ramil Həşimzadə, Vurğun Hüseynov, Nahid Mehrəliyev kimi təcrübəli futbolçular var.