AZ

Təbriz də vuruldu... Təbrizdə nüvə obyektləri varmı?


Ramil Məmmədli: “İranın nüvə obyektləri azərbaycanlıların kompakt yaşadığı ərazilərdə deyil”

Məlum olduğu kimi, iyunun 13-də səhər saatlarında İsrail İran ərazisində bir neçə nüvə obyektinə zərbələr endirib. Nəticədə ölkənin bir sıra yüksəkvəfizəli hərbi məmurları həlak olub. Eyni zamanda, “Tasnim” hücum zamanı 6 nüvə aliminin öldüyünü açıqlayıb.

İsrailin Müdafiə ordusu İran ərazisinə endirilən zərbələrin detallarını açıqlayıb. Hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi iştirak edib. Bildirilib ki, həmin qırıcılarla İran ərazisində, yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox obyektə zərbə endirilib.

Maraqlıdır ki, İsrail İranın şimal-qərbində yerləşən Təbriz şəhərini də hədəf alıb. Şəhərə endirilən zərbələr nəticəsində 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Təbrizin vurulması gözlənilməz oldu. Çünki bu şəhərin adı nüvə komponentlərinin hazırlanmasında hallanmayıb. Bəlkə orada həqiqətən hansısa nüvə komponenti var? Yoxsa Təbriz niyə vurulsun ki?

“Fikirləşiblər ki, hansısa nüvə komponentini Təbrizdə yerləşdirsələr İsrail oranı vurmaz”

Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada bir neçə versiya güman edilir: “Əvvəla, İranın nüvə obyektləri azərbaycanlıların kompakt yaşadığı ərazilərdə deyil. Məlum olduğu qədər, həmin obyektlər əsasən İranın mərkəzində, şimal-şərqinə yaxın olan ərazilərdə yerləşir. Üstəlik, İsrail Azərbaycanla olan yaxın münasibətləri nəzərə alaraq azərbaycanlıların kompakt yaşadığı əraziləri hədəf almır. Nəzərə almaq lazımdır ki, bu, birinci dəfə deyil. İsrail 2024-cü ilin aprelində və oktyabrında İrana zərbələr endirərkən bu amili nəzərə aldı. Yəni azərbaycanlılar yaşayan şəhərləri vurmadı. Rəsmi Tehran da bu amilin fərqindədir. Görünür, İran hakimiyyəti bəzi hesablamalar aparıb. Fikirləşiblər ki, hansısa nüvə komponentini Təbrizdə yerləşdirsələr İsrail oranı vurmaz. Yəni Azərbaycan amilinə görə İsrail buna getməz. Fikrimcə, belə hesablamalardan çıxış edərək nələrisə Təbrizdə gizlədə və bu variantdan istifadə bilərlər. Ancaq İsrail dəqiq məlumatlara və hədəfi vura biləcək dəqiq silahlara malik olduğu üçün oranı vurub. O da ola bilər ki, Tehran bunu etməklə Azərbaycanla İsrail arasında soyuqluq yaratmaq istəyir. Yəni məqsədyönlü şəkildə Təbrizdə nələrisə yerləşdirib. Hər halda, bütün bunlar ehtimallardır. Bunun arxasında əsl hansı səbəblərin olmasını zaman göstərəcək”.

Vidadi ORDAHALLI

Seçilən
55
baki-xeber.com

1Mənbələr