İsrail Müdafiə Ordusu (CAXAL) bu gün İranın ballistik raketləri və onların buraxılış qurğularına qarşı yeni hava zərbələri həyata keçirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, səsmi mənbələr bildirir ki, hücum zamanı müəyyən edilmiş hərbi obyektlər dəqiq hədəf alınıb. CAXAL həmçinin həyata keçirilən zərbələrin videogörüntüsünü də ictimaiyyətlə bölüşüb.
Zərbələrin dəqiq yeri və nəticələri barədə əlavə məlumat verilməyib. İran tərəfi isə hələlik bu xəbərlə bağlı rəsmi açıqlama yaymayıb.
Natiq Səlim,
KONKRET.az