Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri BenyaminNetanyahu arasında telefon danışığı baş tutub.
Trend xəbər verirki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Putin İsrail və İran arasında ziddiyyətlərin sülhyolu ilə həll edilməsinin və danışıqlar prosesinə qayıtmağınvacibliyini vurğulayıb.
“Kreml”in məlumatında qeyd olunub ki, tərəflər İranın nüvəproqramı ilə bağlı bütün məsələlərin yalnız siyasi və diplomatikyollarla həll olunmasının əhəmiyyətinə diqqət çəkiblər.
Qeyd edək ki, bundan əvvəl İsrail Baş nazirinin ofisiNetanyahunun Rusiya Prezidenti ilə İran ərazisinə endirilənzərbələrlə bağlı vəziyyəti müzakirə etmək niyyətində olduğunuaçıqlamışdı.